OTX (otx.az) — Azərbaycanda telemedisin platformasıdır. Xəstə ilə həkim arasında HD video görüntülü qəbul, rəqəmsal resept, laboratoriya nəticələrinin izlənməsi imkanlarını bir yerdə təqdim edir. Evdən çıxmadan tibbi konsultasiya almaq mümkündür.
OTX üzərindən qəbul necə işləyir?
OTX.AZ saytında qeydiyyatdan keçirsiniz, Dr. Sərxan Musayevi seçirsiniz, randevu vaxtı müəyyənləşdirirsiniz. Görüntülü qəbul zamanı şikayətlərinizi bildirirsiniz, analizlərinizi göndərirsiniz, həkim qiymətləndirmə aparır. Lazım olduqda rəqəmsal resept verilir.
Onlayn qəbul canlı qəbulla eyni effektivdirmi?
Konsultasiya, tibbi məsləhət, analiz qiymətləndirməsi, müalicə planı — bunların hamısı onlayn qəbulda tam olaraq həyata keçirilə bilər. Fiziki müayinə (palpasiya, auskultasiya) tələb edən vəziyyətlər üçün canlı qəbul tövsiyə oluna bilər.
Çox idman edirəm amma arıqlaya bilmirəm — nə etməliyəm?
Bu, metabolik sindromun ən tipik şikayətidir. Metabolik sindrom varsa, nə qədər idman etsəniz də qarın bölgəsindəki yağlar yox olmayacaq. Çünki əsas problem hormonlar və metabolik proseslərlə bağlıdır. Kök səbəb — insulin müqaviməti, hormonal disbalans — aradan qaldırılmadan idman və pəhriz kifayət etmir. Laborator müayinə və həkim nəzarəti lazımdır.
İnsulin müqavimətimi necə bilə bilərəm?
Tez-tez yorğunluq, şirniyyata güclü istək, arıqlaya bilməmək, boyun və qoltuqaltında tündləşmə (akantozis niqrikans) insulin dirəncinin əlamətləri ola bilər. Lakin qəti diaqnoz yalnız laborator analizlərlə (insulin, qan şəkəri, HOMA-IR indeksi) qoyulur. Öz-özünə diaqnoz qoymaq yanlışdır.
Arıqlamaq üçün nə etməliyəm?
Elmi əsaslı arıqlamanın əsas prinsipi kalori defisitidir — qəbul edilən enerji sərfiyyatdan az olmalıdır. Buna əlavə olaraq: sağlam qidalanma (protein, kompleks karbohidrat, sağlam yağ balansı), müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu lazımdır. Limon, sirkə, chia toxumu kimi məhsullar yalnız dəstəkləyici rol oynaya bilər — onların birbaşa yağ yandırma effekti elmi cəhətdən sübut olunmayıb.
Mədə xorası ilə qastrit arasındakı fərq nədir?
Mədə xorası əlamətləri qastrit ağrılarından fərqli olaraq yeməkdən sonra başlayır və adətən gecə saatlarında kəskinləşir. Qastrit isə daha çox ac qarına daha güclü olur. Mədə xorasının diaqnostikası endoskopiyasız da mümkündür.
Öd daşı mütləq əməliyyat tələb edirmi?
Xeyr. Öd daşları öd axarını tutmadığı hallarda müalicə mümkündür. Daşın tərkibindən asılı olaraq uzunmüddətli dərman müalicəsi ilə əridilməsi mümkün ola bilər. Öd kisəsi yalnız klinikiumu müvafiq göstərişlər olduqda götürülür. Diaqnoz ultrasəs müayinəsi ilə aparılır.
Xroniki qəbizlikdə işlədici dərmanlar niyə tövsiyə edilmir?
Xroniki qəbizlikdə istifadə olunan işlədici dərman preparatları keçici təsirə malikdir. Bir müddət sonra vəziyyəti daha da ağırlaşdırırlar, bağırsaq bağımlılığı yaranır. Kök səbəbin müəyyənləşdirilməsi və kompleks müalicəsi lazımdır. Qəbizlik sadəcə bağırsaq problemi deyil — maddələr mübadiləsi, hormonal, psixoloji amillərlə bağlı ola bilər.
Qida əlavəsi qəbul etmək lazımdırmı?
Ehtiyac olmadığı hallarda qida əlavəsi tövsiyə edilmir. "Faydalı olan hər şeyin daha çoxu daha faydalıdır" deyə bir qayda yoxdur. Əgər qida əlavəsi qəbul etməyi planlaşdırırsınızsa, mütləq həkim nəzarətində, həmin maddənin qan analizlərindən sonra istifadə edilməlidir.
Kofe içmək sağlamlığa ziyanlıdırmı?
Kofe mötədil miqdarda bir çox faydaya malikdir: beyin fəaliyyətini gücləndirir, diqqəti artırır, maddələr mübadiləsini sürətləndirir, Tip 2 diabet riskini azaldır, antioksidantlarla zəngindir. Lakin axşam saatlarında içilməsi yuxu keyfiyyətini pisləşdirir. Kofein yuxuya getməyi çətinləşdirir və yuxunun dərinliyinə təsir edir.
Çox su içmək faydalıdırmı?
Su həyat mənbəyidir, amma həddindən artıq qəbul edildikdə böyrəkləri yükləyir, elektrolit balansını pozur və hüceyrələrin şişməsinə səbəb ola bilər. Bədəninizin ehtiyacına uyğun maye qəbul edin — "nə qədər çox bir o qədər yaxşı" prinsipi su üçün doğru deyil.