Daxili xəstəliklər və preventiv tibb sahəsindəki fəaliyyətim, yanaşmam və peşəkar dəyərlərim.
Preventiv tibb, metabolik sağlamlıq, qastroenterologiya və immunitet sahəsindəki fəaliyyəti ilə tanınan həkim.
Daxili xəstəliklər üzrə ixtisaslaşmış həkim kimi əsas fəaliyyətim xəstəliyin müalicəsindən öncə — profilaktikasıdır. İnsanlara öz sağlamlıqlarını elmi yanaşma ilə idarə etməyi öyrətmək həm mənim peşəkar, həm də şəxsi missiyamdır.
İnstaqram platformasında 80-dən çox elmi tibbi məlumat paylaşmışam. Məqsədim — insanları marketinq hiylələrindən qorumaq, onlara mötəbər, elmi əsaslı məlumat verməkdir.
Hər tövsiyə tədqiqata, laborator göstəricilərə əsaslanır.
Hər xəstəyə fərdi yanaşma — standart protokol deyil.
Dərman + qidalanma + həyat tərzi — hamısı birlikdə.
Marketinq hiyləsi yox, dürüst tibbi məlumat.
Kök hormonal-metabolik səbəblərin diaqnozu və müalicəsi.
Mədə-bağırsaq xəstəlikləri, pankreas, öd kisəsi, refluks, xroniki qəbizlik.
İmmun çatışmazlıq, xroniki iltihab, profilaktik immunitet dəstəyi.
Hipertoniya, xolesterin, ürək-damar riskinin profilaktikası.
Elmi əsaslı pəhriz planı, xroniki xəstəlik üçün qidalanma protokolları.
"Sağlamlıq trend yox, həyat tərzidir. Aldanmamaq üçün araşdır, yoxla, şübhə et. Sağlamlığınız marketinqin yox, elmin əlindədir."
— Dr. Sərxan Musayev